• 22 Noyabr 2024 18:52

Şəhid ailəsindən İlqar-Zülfiyyə cütlüyünə ağır sözlər: “Bu rəzillikdir”

 

Tanınmış aparıcılar İlqar Mikayıloğlunun və həyat yoldaşı hüquqşünas Zülfiyyə Bayramovanın övladlığa götürdüyü şəxs şəhid olub. 

Bu haqda  hüquqşünas Zülfiyyə Bayramova özü “Elgizlə izlə” verilişinin canlı efirində bildirib. O deyib ki, övladlığa götürdüyü Əmrah adlı oğlan 44 günlük Vətən Müharibəsində şəhid olub:

“O, imkansız bir ailənin övladı idi. Kollecdə oxuyanda qalmağa yeri olmadığı üçün onu 15 yaşında evimə gətirdim. Öz övladlarımdan seçmirdim. Əsgərliyə də özüm yola saldım. Sonradan itkin düşmə xəbəri gəldi. Bir neçə gündən sonra məlum oldu ki, Əmrah şəhid olub”.

Bu açıqlama şəhid mayor Vəliyev Vüsalın qardaşı Elyar İslamoğlunu hiddətləndirib. Şəhid qardaşı iddia edib ki, Əmrahın nəşi günlərlə morqda qalıb.

O, İlqar və Zülfiyyənin şəhid adı ilə özlərini reklam etdiyini bildirib:

“Əmrahın nəşi 5 ay kimsəsiz kimi morqda qaldı. Qonşuları məndən xahiş edirdilər ki, morqdan nəşi götürməyə kömək et, biz aparıb dəfn edəcəyik. Bəs onda bu “valideynlər” hardaydı? Əmrah uşaq evinin məzunudur. Uşaq evindən sonra dövlətimiz ona Masazırda ev vermişdi. Anası da sağdır, Türkiyədə yaşayır. Bu adamlara deyin ki, şəhid adı ilə  özlərini reklam etməsinlər. Rəzil hərəkətdir”./Yenisabah.az

Tacxeber.com

Oxşar xəbərlər