• 22 Noyabr 2024 22:47

B12 vitamini çatışmadıqda nə baş verir? – B12 ilə zəngin qidalar…

Çətin nəfəs alır, depressiyaya düşürsüz, yoxsa sadalayacağınız problemlər daha çoxdur?

b12-vitamini-catismadiqda-ne-bas-verir

 

B12 vitamini insanın metabolizma və immun sistemi üçün çox vacibdir. B12 vitamini reproduktiv sağlamlığını təmin edir, sinir zədələnməsinin qarşısını alır və yaddaşın güclənməsində böyük rol oynayır.

Hədsiz yorğun olur, yatsaq da yuxudan doymuruq, görmək istəyəcəyimiz ən sadə işlərə tənbəllik edir, gözümüzdə böyüdürüksə, demək bunun səbəbi sadəcə yorğunluq yox, məhz B12 çatışmazlığındandır.

Hətta yerimədə pozulmalar, depressiya, həzm sistemində problemlər, özündən getmələr, mədə bulanması, qusma, bağırsaqlarda köpün çox olması, baş gicəllənməsi, ayaqüstə yatmaq, qara ciyərdə böyümə, gözdə zəiflik, qallüsinasiyalar, baş ağrıları, dildə infeksiya, narahatlıq, çətin nəfəs almaq, yaddaş itkisi, əsəb pozulmaları, ürək döyüntüləri, qan azlığı, qulaqlarda uğultu kimi narahatlıqlar da sizə adi gəlməsin. B12 vitamini çatışmazlığından yaranan bu problemlərin qarşısı alınmasa, növbəti illər sağlamlığınızda ciddi fəsadlara səbəb ola bilər.

Tacxeber.com B12 vitamini olan qidaların siyahısını təqdim edir:

Süd, qatıq, toyuq, qaz və ördək yumurtaları, dana, qoyun, quzu ciyəri, balıq məhsullarından skumbriya, somon, ton və mavi balıq, xüsusilə, qırmızı ət məhsullarından dana və quzu ətlərində B12 vitamini yüksək miqdardadır.

Tacxeber.com

Oxşar xəbərlər