“Bakının 3 rayonu, Gəncə, Mingəçevir və Bərdədə məktəbəqədər təhsil müəssisələrində isti qida yeməklərin paylanması ilə bağlı pilot layihə icra edilir”.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.
O bildirib ki, bu ilin sonuna qədər pilot layihənin qiymətləndirilməsi aparılacaq və uyğun olarsa, gələn il əhatə dairəsi genişləndiriləcək.
“Beləliklə, artıq ərzaq əsaslı yox, menyu əsaslı yeməklər verilir. Hesab edirik ki, yeməklərin ketrinq şirkətləri tərəfindən verilməsi şəffaflığı artıracaq. İşi özümüz icra edəndə ona nəzarət çətin olurdu, lakin indi sifarişçi və nəzarət edən tərəfik. Belə olanda nəzarət daha güclü olur”./APA