• 20 Sentyabr 2024 01:45

Bakıda ər arvadını gözəllik salonunda öldürdü

 

Bakıda gözəllik salonunda qadın qətlə yetirilib.

Tacxeber.com xəbər verir ki, bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.

Araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər