Ermənistan polisi əsir götürülmüş Azərbaycan hərbçiləri – Hüseyn Axundov və Aqşin Bəbirovu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verib.
Tacxeber.com xəbər verir ki, polisdən məlumatı “Sputnik Armenia”ya təsdiqləyiblər.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.
Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.