Barmaqda və dırnaq kənarında qızarma, şişkinlik, ağrı kimi şikayətlərə səbəb olan dırnaq batması cəmiyyətdə çox sıx rast gəlinən problemlərdən biridir.
Dırnaq batması dərinləşmiş xəstələrdə isə ayaqqabı geymək çətinləşir, corablar tez çirklənir, iltihab və irinləmə kimi problemlər yaranır. İsti havalarda, ümumiyyətlə burnu açıq ayaqqabılar, sandal və başmaqların geyilməsi ayaqlarda dırnaq batması olanları çox rahatladır. Payız və qış ayları isə dırnaq batmasından əziyyət çəkənlər üçün çətin keçir.
Tacxeber.com türk mediasına istinadla xəbər verir ki, Ortopediya və Travmatologiya üzrə Mütəxəssis Op.Dr. Feza Köylüoğlunun dırnaq batması və müalicə üsulları haqqında bəzi məlumatları paylaşıb.
Dırnaq batmasının səbəbi və əlamətləri nələrdir?
Dırnaq batması, xüsusilə ayağın baş barmaq dırnağının iç və ya xarici kənarında şişkinlik, qızartı və ağrıyla büruzə verən infeksiyadır. Mexaniki olaraq dırnaq kənarının ətə batması ilə başlayır. Getdikcə ağrılar sərtləşir və yerimək çətinləşir. Başlanğıcda yalnız sərt bir yerə toxunarkən olan ağrı bir müddət sonra corabı çirklədən ciddi bir infeksiya halına gəlir.
Dırnaq batması kimlərdə olur?
Aşağı-yuxarı hər yaş qrupunda ola bilər. Dırnaq batmasına bir çox şey səbəb ola bilər. Ümumiyyətlə dar ayaqqabı geyinmək, dırnaqların səhv kəsilməsi və çox tərləyən ayaqlar dırnaq batmasına səbəb ola bilər. Xüsusilə gənclərdə, çox tərləyən ayaqlarda dırnaq batması olur.
Pedikür dırnaq batmasına yaxşı təsir edərmi?
İltihablı dırnaq batması varsa, müalicəsi cərrahi müdaxilədir. Oraya məlhəm sürtmək və ya antibiotik istifadə etmək problemi həll etməz. Bərbərlərdə pedikür etdirmək də həll yolu deyil, hətta problemi həll etmək yerinə böyüdə bilər. Çünki problemin təməlində dırnağın bir parçasının mexaniki olaraq ətə girərək iltihab yaratması durur. Kiçik bir cərrahi müdaxilə ilə bu mexaniki maneə dəf edilmiş olur.
Dırnaq batması üçün hansı müalicə metodu və necə tətbiq olunur?
Sağlam bir müalicəyə başlamazdan əvvəl dırnaq diqqətlə qiymətləndirilir. Dərhal batıq qismi götürülür və bəzən də tikiş qoyulur. Burada dırnağın dərhal çıxardılması həll yolu deyil.
Tel müalicələrinin də nəticəsi yaxşıdır.Dırnaq kənarındakı yalnız batıq hissə kökünə qədər götürülür, buradan bir daha dırnaq çıxıb batıq yratmasın deyə, batıq yeri kimyəvi bir maddə ilə korlanır. Beləliklə, təkrar batıq olma ehtimalı ən aza endirilir.
Dırnaq batmasının qarşısını almaq üçün bunlara diqqət edin:
1.Dırnaqlarınızı çox qısa kəsməyin.
2.Dırnaqlarınızın künclərini dik, sivri şəkildə kəsməyin, yarım ay şəklində kəsin.
3.Dar və iti burun və dikdaban ayaqqabılardan uzaq durun.
4.Bir müddət barmağınızı açıqda qoyan başmaqlar və sandallardan istifadə edin.
5.Ayaqlarınızı quru saxlayın.
6.Yalnız pambıqlı corab geyinin və gündəlik dəyişdirin.
7.Ayağınızda problem varsa və ya öz dırnaqlarınızı kəsə bilmirsinizsə, etibarlı bir yerdə dırnaq baxımı və pedikür etdirməyi seçin.
8.İçe doğru uzanan, bir neçə həftə davam edən iltihablı dırnaq batmanız varsa, mütləq həkimə, ya da dırnaq üzrə mütəxəssisə müraciət edin.