• 23 Noyabr 2024 03:56

Amerikalı senator: Dünya müharibəsi təkrarlana bilər

 

“ABŞ-ın çoxdankı müttəfiqləri Braziliya və Birləşmiş Ərəb Əmirlikləri Çinə üz tutub”.

Tacxeber.com xəbər verir ki, bunu respublikaçı senator Tom Kotton bildirib.

Onun sözlərinə görə, buna ABŞ-ın hazırkı Prezidenti Cozef Baydenin zəifliyi səbəb olub.

“Şər oxu getdikcə daha çox Pekinə yönəlir. Bu, böyük ölçüdə prezident Cozef Baydenin zəifliyindən və onun Amerika və müttəfiqlərimizi günahlandırmaq meylindən irəli gəlir, ilk növbədə Braziliya Prezidenti Luis İnasiu Lula da Silvaya baxın. O solçudur və açıq şəkildə düşmənçilik etməsə də, Amerikanı tənqid edir” – deyə, o bildirib.

O, həmçinin əlavə edib ki, belə bir şəraitdə dünya müharibəsi təkrarlana bilər.

Tacxeber.com

Oxşar xəbərlər