“Telefonum oğurlanmışdı, “Facebook” profilim də qırılıb. Mənim adımdan xanımlara yazılıb. Heç kimlə ədavətim yoxdur”.
Tacxeber.com-ın xəbərinə görə, bunu telejurnalist Ceyhun Əsgərov bildirib.
“O xanımlarla münasibətim yoxdur. Haqqımda şayiələr gəzir: narkotik istifadəçisidir, içki aludəçisidir. Buna kimsə inanırsa, inansın. Mən belə şeylərdən uzaq biriyəm. Bir daha qeyd edirəm, heç kəslə problemim yoxdur”, – C.Əsgərov qeyd edib.