• 23 Noyabr 2024 00:19

Hərbçinin idarə etdiyi avtomobil kanala düşüb: Maşında olanlar axtarılır – VİDEO

Bu gün günorta saatlarında Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi və nəticədə 1 nəfərin batması ilə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dərhal axtarışlara başlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, sudan çıxarılan avtomobildə insan faktoruna rast gəlinmədiyindən, batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları dalğıc-axtarış qrupu tərəfindən kollektorda davam etdirilir.

“Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd edilib.

 Tacxeber.com

Oxşar xəbərlər