• 22 Noyabr 2024 17:14

Sarıkökün bilmədiyiniz faydaları – Ağardıcı, arıqladıcı…

Sarıkökün sağlamlığa faydasını saymaqla bitməz.

sarikokun-bilmediyiniz-faydalari

 

Tacxeber.com sarıkökdən istifadə edə biləcəyiniz reseptləri təqdim edir. 

Sarıkök yeməyə dad verməklə yanaşı bir çox xəstəliklərin müalicəsində də istifadə edilir.

İmmunitet sistemini gücləndirir

1/3 stəkan sarıkök ilə 2/3 stəkan suyu qarışdırıb bir qazanda 10 dəqiqə ərzində qızdırın. Qarışığı sterilləşdirilmiş bir bankanın içində soyuducuda saxlayın. Bu qarışıqdan 1-2 çay qaşığı südə əlavə edin. Gündə bir dəfə, əgər xəstəsinizsə 3-4 saatdan bir için.

 Dişləri ağardır

Diş fırçasını günəbaxan və ya zeytun yağına batırdıqdan sonra sarıkökə batırın. 3 dəqiqə ərzində dişlərinizi təmizləyin. Həftədə 2-3 dəfə təkrar edin.

Arıqladır

 1 stəkan süd ilə 1/3 çay qaşığı sarıkökü qarışdırıb için. Bu içki  metabolizmanı sürətləndirəcək, toxluq hissi yaradacaq. Səhər və axşam hər gün içə bilərsiniz.

Boğaz ağrısına yaxşı təsir edir

1/2 çay qaşığı sarıkök ilə 1/2 çay qaşığı duzu, bir stəkan isti suya əlavə edib qarqara edin. Gündə 3 dəfə təkrar edin.

Oynaq ağrılarına yaxşı təsir edir

1 çay qaşığı sarıkökü 1 çay qaşığı bal və 2-3 diş əzilmiş sarımsaqla qarışdırıb ağrıyan bölgəyə sürtün, 15-20 dəqiqə saxladıqdan sonra yuyun. 2 həftə ərzində gündə bir dəfə tətbiq edin.

Xərçəngin qarşısını alır

1/4 çay qaşığı sarıkök, 1/2 çay qaşığı zeytun yağı və bir çimdik istiotu mütləq şorbalara və xörəklərə əlavə edin.

Sızanaqlardan xilas olun

 1 yemək qaşığı aloe vera gelini 1/4 çay qaşığı sarıköklə qarışdırıb problemli bölgəyə sürtün. 10-15 dəqiqə saxladıqdan sonra yuyun. Həftədə 3 dəfə təkrar edin.

Tacxeber.com

Oxşar xəbərlər