• 22 Noyabr 2024 11:49

Nazim Süleymanov vəzifəsindən azad olundu

Nazim Süleymanov vəzifəsindən azad olundu

 

Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın “Ximki” klubunun gənclərdən ibarət komandasının baş məşqçisi vəzifəsindən azad olunub. 

Tacxeber.com xəbər verir ki, bu haqda “Ximki”nin rəsmi teleqram səhifəsi məlumat yayıb. O, bundan sonra fəaliyyətini klubun U-19 komandasında davam etdirəcək. Süleymanov daha əvvəl də U-19-da işləyirdi. Bu il fevralın 3-də millimizin sabiq kapitanı əvəzedici komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında “Ximki” gəncləri Rusiya 2-ci liqasında keçirdiyi 3 matçdan 2-də heç-heçə edib, 1-də isə uduzub.

Əvəzedici heyətin baş məşqçisi vəzifəsinə tanınmış rusiyalı mütəxəssis Rinat Bilyaletddinov təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər