Tacxeber.com Axşam-a istinadla xəbər verir ki,bu sözləri müğənni Şəbnəm Tovuzlu “Həmin Zaur” verilişində deyib.
Sənətçi şou-biznesdə ən çox pul qazanan ifaçı olduğunu iddia edib:
“Yetərli işim var. Məkan açmışam, evlər almışam. Halal qazanıram. Əziyyət çəkirəm, 7-8 saat hündürdabanda oxuyuram. Xalqın puludur, sevilirəm və toylara dəvət alıram. Dörd evim var. Mənim kimi qazanan xanıma bu qədər ev azdır. Əgər əlibərk olsaydım, daha çox ev alardım”.