“Avropa ABŞ-ın piyadasına çevrildiyi üçün artıq mövcud deyil. Üstəlik, Amerikanın özünə də bütün dünya nifrət edir”.
Tacxeber.com “Sözcü”yə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O bildirib: “Avropa deyə bir şey yoxdur. Başınızı həddindən artıq yükləməyin. Amerika var! Avropa Amerikanın karvanında bir qatardır. Onun haqqında xüsusi bir şey yoxdur”.
Soylunun sözlərinə görə, bir sıra dövlətləri, o cümlədən Afrika dövlətlərini istismar etdiyi üçün Amerika öz nüfuzunu itirməkdə davam edir.