• 23 Noyabr 2024 04:49

Samirə xəyanətə haqq qazandırdı – Video

Samirə xəyanətə haqq qazandırdı - Video

Müğənni Samirə Yusifqızı müzakirə yaradacaq açıqlama verib.

Tacxeber.com xəbər verir ki, “A star” layihəsinə qonaq olan sənətçi kişinin xəyanətini qadınların adi hal kimi qəbul etməli olduqlarını bildirib:

“Belə deyirlər ki, kişi ayağını qapıdan çölə qoydusa, subaydır. Qadın keçməlidir. Əgər ailə naminə ailə qurmusansa, ailəni qorumaq istəyirsənsə, bunu etməlisən. Yoxsa kef görmək xatirinə evlənmisənsə, həmin adam hər şeyi problem edə bilir. Biz bəyəm xəyanət görməmişik? Gözümün qabağında xəyanət edib. Göz yummuşam.

Guya ki, görməmişəm. Özümü görməməzliyə qoymuşam. Acığ edib atamgilə getmişəm. Atam deyib necə gəlmisənsə, elə də qayıt, get. Kişidir. Harada getsə axşam evinə qayıdıb gələcək. O, son məqamda qadının yanına gələcək. Qırağa getdikcə o, xanımının qədrini daha yaxşı biləcək. Ona qalan xanımı olacaq”.

Tacxeber.com

Oxşar xəbərlər