“Aparıcılarımız müğənnilərə, efirinə dəvət etdiyi sənətkarlara qarşı diqqətli olmalıdırlar. Bəzən görürsünüz ki, səni efirə dəvət edirlər, sən mahnı oxuyursan, aparıcı öz işindədir. Ya söhbət edir, ya da ki, müğənniyə qarşı diqqətsizlik göstərir. Bu müğənninin də gözündən yayınmır. Müğənni artıq sınır. Əlbəttə ki, müğənniyə də xoş təsir bağışlamır. Sən məni evinə çağırmısan, mənə hörmətsizlik edirsən”.
Tacxeber.com xəbər verir ki, bunu tanınmış müğənni Nadir Qafarzadə deyib.
“Efirdə pis şeyləri təbliğ edən müğənnilər dəbə minir. Kimdə nə yoxdursa, ondan danışır. Onları söysələr belə dünüşürlər ki, gündəmdə olaq. Onlar üçün antireklamın özü də reklamdır. Bunların bir evdə ağsaqqalı, ağbirçəyi, öyüd-nəsihət verəni yoxdur?! Biz istər-istəməz onları görürük, gözümüzə girirlər. Onların badına biz də gedirik. Düzdür, tamaşaçı hamını çox yaxşı tanıyır. Bəzən özüm haqda mənfi rəylərə cavab da verirəm. Götürüb o adama yazıram ki, “sən məni tanımırsan, mənim haqda nə fikir bildirə bilərsən?”. Bəzən günahı özümüzdə də axtarmalıyıq. Niyə biz hamıdan incik düşürük? Bəlkə bu problem bizim özümüzdədir? Kimisə ittiham edirik ki, günah səndədir. Bəlkə elə günah mənim özümdədir. Bizdə bu yoxdur, heç vaxt günahı, problemi özümüzdə axtarmırıq” deyə sənətçi bildirib.
Müğənni yaşı ilə bağlı da danışıb.
“Mənim üçün yaş rəqəmlə deyil, özümü hiss etdiyim qədərdir. İçimdə bir gənclik var, hələ də yaşlanmamışam. Dünyaya baxışım gözəldir. Demək olar ki, bütün ölkələrdə, hətta Afrikada belə olmuşam. Dünya ulduzlarının 70-80 yaşı var, bu günə qədər də şour göstərirlər. Biz səhnə adamıyıq, elə şeylər var ki, çərçivədən çıxa bilirik” deyə Nadir Qafarzadə deyib./Moderator.az