• 22 Noyabr 2024 23:35

Bakıda “molla” oxuduğu duanı yarımçıq kəsib qaçdı – VİDEO

 

Molla aşı gördü, quran yaddan çıxdı deyirlər el arasında. Ancaq bu dəfə özünü din xadimi kimi qələmə verən “mollalar” qəbiristanlıqdan çəkiliş qrupunun gəldiyini görüb qaçdılar. Bu hal Yasamal qəbiristanlığında olub.

Tacxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, insanlar hər bayramda vəfat edən yaxınlarının məzarını ziyarət etmək üçün qəbiristanlıqlara üz tuturlar.

Bu vəziyyətdən sui-istifadə edib özünü din xadimi kimi göstərərək oxuduğu dualardan bixəbər olanlar da var. Onların nə işlə məşğul olduqlarını soruşmaq istədikdə isə qaçaraq aradan çıxmağa çalışırlar.

Hətta bəziləri kameranın obyektivini görüb oxuduğu duanı yarımçıq qoyaraq ərazidən uzaqlaşır.

Bəziləri isə işlərinin olduğunu deyib dialoqu tez kəsir və həmin yeri tərk etməyə çalışırlar. Amma ayaq saxlayıb nə üçün qəbiristanlıqda olduqlarını izah edənlər də oldu.

Ramazan bayramı ilə bağlı yaxınlarının məzarlarını ziyarət edənlər isə dualar oxuyub onları yad etməyə çalışırlar.

Bəziləri isə vəfat edən yaxınları üçün dua etməklə yanaşı, məzarını da təmizləyir və səliqə-səhman yaratmağa çalışırlar.

Oxşar xəbərlər