Əməkdar artist Elza Seyidcahanla bacısı Lalə Seyidcahan arasında canlı yayımda mübahisə düşüb.
Axşam.az xəbər verir ki, Elza “Elgizlə izlə” verilişində olarkən aparıcı Elgiz Əkbər Laləni telefonla canlı yayıma qoşub. O, Laləni Elza haqda verdiyi qalmaqallı açıqlamaya görə tənid edib.
L.Seyidcahan onun sözlərinə “Elza məni sevsin. Niyə onu sevməyim, atamın, anamın qızıdır. O, bizi unudub. Hətta elə bilirdim bu dünyada yoxdur. Ondan soruşun görün rəfiqələri icazə verir mənə “salam” verməyə?” cavabını verib.
Müğənni isə bacısı ilə efirdə mübahisə etmək istəmədiyini deyib. Elza Elgizin “Bacınla barışmaq istəyirsən” sözlərinə “Həyatımla, bu hadisələrlə barışmışam” reaksiyasını verib.