“Qarabağ”ın əvəzedici komandasının məşqində xoşagəlməz hadisə yaşanıb.
Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.
O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb.
Azərbaycan U-21 millisinin üzvü Şirxan Həsənzadə paytaxtda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. 20 yaşlı futbolçunu hələ də ayıltmaq mümkün olmayıb.