• 23 Noyabr 2024 05:48

Bakıya növbəti ağıl vermə cəhdi: “Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa…“

Bakıya növbəti ağıl vermə cəhdi:  “Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa...“

 

Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli yenidən Azərbaycan Respublikası əleyhinə əsassız ittihamlar əsəsləndirib.

Tacxeber.com IRNA-y istinadla xəbər verir ki, o, Azərbaycanın İsraillə siyasi münasibətlərini hədəfə alıb.

Xarici işlər naziri Eli Kohenin Bakıya və Aşqabada səfərlərini məkrli niyyət kimi yozan H. Ameli bildirib: “İsrail xarici işlər naziri Azərbaycana və Türkmənistana göndərildi və Aşqabadın İran sərhədindən 27 kilometr aralıda olmasından məmnunluğunu bildirdi. Bu o deməkdir ki, biz asanlıqla İrana casusluq edə bilərik və İranın təhlükəsizlik vəziyyətini poza bilərik”.

Bundan sonra “əyalət mollası” rəsmi Bakının İranın maraqlarını nəzərə almamaqda ittihamlayıb. “İndi Azərbaycan İrana qarşı İsraillə strateji əməkdaşlıq etmək qərarına gəldiyinə bir məsələyə diqqət yetirməlidir: Əgər bütün Azərbaycan İsrailin aeroportu olarsa, bütün Azərbaycan İsrailin hərbi bazası olarsa, bütün Azərbaycan “Mossad”ın qərargahı olarsa belə,  sonda heyfslənməkdən başqa bir şey qalmayacaq. Bütün bu hərəkətlər suya yazıb müşkə üfürməkdir”.

H. Ameli çıxışında Azərbaycan hökumətinin İsraildə səfirlik açmasını qınayıb, Təl-Əvivlə hərbi-siyasi əməkdaşlıqdan çəkinməyə çağırıb.

Bu, bir daha göstərir ki, rəsmi Bakının yürütdüyü xarici siyasət Tehranda açıq qısqanclıq və qıcıqla qarşılanır.

Tacxeber.com

Oxşar xəbərlər