Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlərin qaz sayğacına edilən qanunsuz müdaxilələri aşkar edilib.
“Azəriqaz” İB-dən Publika.az-a verilən məlumata görə, qanunsuzluq Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərində aşkar olunub.
Kənar müdaxiləyə məruz qalan hər 2 fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib.
Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirildi və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.