REFLÜKS NƏDİR? BUNUNLA YAŞAMAQ MƏCBURİYYƏTİNİZ YOXDUR…
Əhalinin təxminən 20%-də rast gəlinən bu xəstəlik qadın və kişilərdə eyni dərəcədə rast gəlinir. Bu xəstəliyi adətən xora xəstəliyi ilə səhv salırlar.
Reflüks mədə möhtəviyyatının (turşuluğun) patoloji şəkildə qida borusuna doğru geri qayıtmasıdır. Xəstələr sinə nahiyyəsində olan yanma hissindən, ağızda qida dadı və acı suyun gəlməsi şikayəti ilə həkimə müraciət edirlər. Bu şikayətlər ədviyyatlı, yağlı qidalar, şokalad, alkoqol və ya yeni sıxılmış meyvə suyu qəbulundan sonra müşahidə olunur. Bununla yanaşı olaraq xəstədə udqunma zamanı çətinlik, gəyirmə, hıçqırma, ürəkbulanma və qusma kimi şikayətlər də görülür. Reflyuks xəstəliyi öskürək, səs qısıqlığı, diş çürüməsi və boğaz ağrısına səbəb ola bilər.
Sağlam şəxslərdə qida borusunun mədəyə keçən hissəsində ezofaqus sfinkteri adlanan azələlərdən təşkil olunmuş qapaq vardır ki bu da qidanın birtərəfli şəkildə qida borusundan mədəyə ötürülməsini təmin edir. Bu qapağın çatışmazlığı zamanı sfinkter açıq qaldığı üçün mədə turşuluğu qida borusuna qayıdaraq qida borusunun divarını yandırır və bu uzun müddət davam etdikcə yanma hissi yaranır.
Diaqnoz xəstənin şikayətləri, endoskopiya, pH təyini, kontrastlı qrafiyalar, manometrik müayinələrə əsasən təyin olunur.
Bariumla ezofaqus mədə duedonum qrafiyası: xəstəyə barium məhlulu içir və radioloq fluoroskopiya edərək bariumun həzm sistemində hərəkətini izləyir.
Qastroskopiya: xəstəyə oyaq və ya yüngül sedasiya vəziyyətində ucunda kamerası olan endoskopla müayinə aparılaraq ağızdan mədəyə qədər izlənilir.
Ezofaqus manometriyası və pHmetriya: burundan incə bir zond qida borusuna və oradan da mədəyə salınaraq turşuluğun miqdarı ölçülür.