• 23 Noyabr 2024 03:58

“Azəri heç vaxt bağışlamayacağam”

 

Xəbər verdiyimiz kimi, aparıcı Azər Zahidlə aktrisa Pərvin Abıyeva TikTok-da canlı yayımda dalaşmışdı. Axşam.az xəbər verir ki, “Space maqazin”ə müsahibə verən aktrisa onun ünvanına təhqirlər səsləndirən aparıcını heç vaxt bağışlamayacağını bildirib:

“Azərlə münasibətimiz heç vaxt düzəlməyəcək. İnsanlar dalaşar, öz aralarında bir-birinə hər sözü deyər, qəlbini də qırar. Amma sərhədi keçib, ailə üzvlərinə söz demək olmaz. Buna görə onu heç vaxt bağışlamayacağam. Bizim biri-birimizə ehtiyacımız yoxdur. O, paxıl insandır”.

Tacxeber.com

Oxşar xəbərlər