• 22 Noyabr 2024 15:30

Pensiya və müavinətlər yenidən artacaq

Pensiya və müavinətlər yenidən artacaq

2023-cü ilin dövlət büdcəsinə yenidən baxılacaq.

Baş Nazir Əli Əsədovun rəhbərli ilə keçirilən İqtisadi Şuranın iclasında bununla bağlı tapşırıqlar verilib.

Məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev “Xəbər Ertəsi”nə deyib ki, dövlət büdcəsinə yenidən baxılması xüsusilə sosial sahələrə müsbət təsir edəcək.

Onun sözlərinə görə, vətəndaşlar da büdcəyə edilmiş dəyişiklikləri hiss edəcəklər.

İqtisadçı ekspert Rəşad Həsənov isə vurğulayır ki, büdcəyə yenidən baxılması gözlənilən idi. İqtisadçı qeyd edir ki, dövlət büdcəsinə yenidən baxılarkən ilk növbədə sosial müavinət, təqaüd məsələlərində gəlirlərin yenidən dəyərləndirilməsinə ehtiyac var.

Ekspert deyir ki, məşğulluq tədbirlərinin planlanması və effektivliyin artırılması məqsədilə də əlavə vəsaitlər nəzərdə tutula bilər.

Oxşar xəbərlər