Qazaxıstan bankları və şirkətləri Rusiyaya Qərbin ticarət və maliyyə məhdudiyyətlərindən yayınmağa kömək etdiklərinə görə, ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qala bilərlər.
Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlıq katibinin köməkçisi Elizabet Rozenberq Astanada keçirilən dəyirmi masada deyib.
O vurğulayıb ki, risk həm Qazaxıstan, həm də ölkənin şirkətləri və bankları üçün artır.
Rozenberq deyib ki, ABŞ Rusiyaya sanksiyalardan və ixrac nəzarətindən yayınmağa kömək etməyin mümkün riskləri və nəticələrini aydınlaşdırmaq üçün qazaxıstanlı həmkarları, hökumət rəsmiləri və özəl sektorla əməkdaşlıq edir.