• 18 Oktyabr 2024 10:14

Vatsapdan daha bir yenilik – Bu da mümkün olacaq

 

Bu gündən etibarən dörd telefonda eyni Vatsap hesabına daxil ola bilmək mümkün olacaq.

Tacxeber.com xəbər verir ki, bununla bağlı Vatsap platformasının daxil olduğu “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.

Bildirilib ki, ötən ildən bütün dünyada Vatsap istifadəçilərinin təhlükəsizlik və məxfilik səviyyələrini qorumaq üçün bir sıra tədbirlər görülüb.

Bunun nəticəsi olaraq hazırda 4 telefonda eyni Vatsap hesabını istifadə etmək imkanı yaranacaq.

Tacxeber.com

Oxşar xəbərlər