“Nikol Paşinyanla Vladimir Putin arasında sonuncu telefon danışığı, yumşaq desək, rəvan getməyib, çox gərgin keçib. İrəvan hakimiyyəti H1-in efirində “dişlərini göstərməyə” çalışır, amma bu uğursuz diplomatiya da özünü açıq şəkildə büruzə verir”.
Tacxeber.com xəbər verir ki, bunu erməni siyasətçi Armen Aşotyan deyib.
Onun fikrincə, Paşinyan hakimiyyətinin 5 illik fəaliyyəti ancaq Ermənistanın və Qarabağın itkisi hesabına başa gəlir.
“Bunlar dövlət və dövlətçiliyin nə demək olduğunu başa düşmürlər və davamlı olaraq primitiv hərəkətlər nümayiş etdirərək, manipulyasiya alətlərini öz güclərini saxlamaq üçün zəif alətə çevirirlər.
Qlobal geosiyasəti dərk etmədikləri üçün regional hadisələrlə bağlı proqnozlar da verə bilmirlər”, – o qeyd edib.
O əlavə edib ki, Paşinyan hakimiyyəti hər şeydə “Rusiya günahkardır” tezisindən istifadə etməsi, vəziyyəti daha da gərginləşdirir və dərinləşdirir.
“Alternativ təhlükəsizlik sistemləri yaratmayan, mövcud sistemləri dağıdan cahil hökmdarlar başa düşmürdülər ki, məsələn, Ermənistan 2013-cü ildə Ermənistan Gömrük İttifaqına, 2015-ci ildə Aİİ-yə sadə səbəbdən daxil olmayıb.
Başa düşmürdülər ki, heç bir dövlət sizin üçün müharibənin qarşısını almağa borclu deyil”, – o vurğulayıb.