Gənclərin və uşaqların sevimli qidası olan kartof – free və az qala hər gün yedikləri ləzzətli kartof qızartması depressiya yaradır.
“Medicina” xəbər verir ki, Çinin Xancjou universitetinin bir qrup alimi qızartma yemək, xüsusən qızarmış kartofun təşviş pozuntusu və depressiyanı artırdığını sübut edib.
Elmi araşdırmaya 140 min müxtəlif yaşlı insan cəlb olunub. Tədqiqat 11 il davam edib.
Nəticədə alimlər iştirakçılar arasında psixi durumu pozulmuş və depressiyada olanları təcrid ediblər.
Yağlı, qızartma çox yeyən 8234 nəfərdə ilk 3 ildə təşviş, həyəcan, 12 735 nəfərdə isə depressiya diaqnozu aşkar edilib.
Belə ki, dağ yağda qızardılmış duzlu kartof təşviş və depressiyanı 12% artırır. Xüsusilə gənc oğlan və kişilərə bu təsir daha çoxdur.
Alimlər bildirir ki, hətta qızarmış ət belə kartofdan daha az zərərlidir.