• 19 Sentyabr 2024 21:11

“İstəmir ki, əmisi qızı, dayısı qızı başqasına qismət olsun, buna görə də…” – Qalmaqallı açıqlama

“İstəmir ki, əmisi qızı, dayısı qızı başqasına qismət olsun, buna görə də...”  - Qalmaqallı açıqlama

 

Azərbaycanda yaxın qohumların nikaha girməsi son vaxtlar daha da çoxalıb. Düzdür, əvvəllər də bu cür evliliklərə rast gəlmək olurdu, amma son illər belə halların sayı daha da artıb. 

İnsanların yaxın qohumları ilə ailə həyatı qurması müxtəlif səbəblərlə əlaqələndirilir. Cəmiyyətdə buna həm müsbət, həm də mənfi yanaşanlar var.

Bəs tanınmışlar bu barədə nə düşünür? Yaxın qohumların nikaha girməsi doğrudurmu?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu bunu yaxşı qarşılamadığını deyib. O, analoji nikahların sayının artmasını mental dəyərlərlə əlaqələndirib.

“İnsan nəfsindən tələyə düşür. İstəmir ki, əmisi qızı, dayısı qızı, xalası qızı başqasına qismət olsun. İstəyir onu alsın ki, özünə nəsib olsun. Burada başqa səbəb ola bilməz. Axı bu necə ola bilər? Hətta bəzən subay oğlanlar ölmüş qardaşının nişanlısı ilə ailə qurur.  Qardaşının nişanlısı sənin bacın sayılır. Bu, ancaq nəfs və var-dövlətin üzərində ola bilər. Görünür, bəzi adamlar nəfsinə qalib gəlməyi bacarmırlar”.

Müsahibimiz bu cür halların Azərbaycanda tarixən baş verdiyi təsdiqləsə də, bunun normal ailələrə aid olmadığını da söyləyib:

“Cəmiyyətin özündə də bunu normal qarşılamırlar. Onda belə çıxır ki, kiçik qardaşın da başına bir iş gəlsə, qız üçüncü qardaşa gedəcək?! Məntiqlə belə çıxır…”

“Bunlar qəbul edilməyən hallardır. Əgər qəbul edirlərsə, daha nə deyək, məcbur edə bilmərik. Bir çox hallarda bu qərarı qəbul edən gənclərin  25-26 yaşı olur. Bu yaşlı insan kifayət qədər yetkin olur. Əgər 25-26 yaşlı gənc ölmüş qardaşının nişanlısı ilə, yaxud əmisi qızı, dayısı qızı, xalası qızı ilə nikaha girirsə, bizə deməyə söz qalmır. Başqasını deyə bilmərəm, şəxsən mən özüm bu cür nikahları qəbul etmirəm” -, deyə Vəziroğlu fikirlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər