• 19 Sentyabr 2024 19:56

Corcinadan Ronaldo ilə ayrılıq iddialarına cavab – FOTO

 

İnfluenser və model Corcina Rodriqez sevgilisi ulduz futbolçu Kriştiano Ronaldo ilə ayrılacağı barədə iddialara sərt reaksiya verib.

Tacxeber.com “Dailymail” qəzetinə istinadla xəbər verir ki, Rodriqez instaqramın hekayə bölməsində mahnı sözləri paylaşıb.

“Paxıl şayiə uydurur, dedi-qodu yayır, axmaq isə inanır”,- paylaşımda qeyd olunub.

Xatırladaq ki, son zamanlar İspaniya mətbuatında Ronaldonun Rodriqezdən yorulduğu və cütlüyün ayrılacağı ilə bağlı xəbərlər yayılıb.

İspan “TikTok” ulduzu Abel Planelles isə Ronaldonun şəxsi təyyarəsinə minməzdən əvvəl Corcina ilə mübahisə etdiyini deyib.

Cütlük Ronaldo Səudiyyə Ərəbistanının ən yüksək liqa komandası olan “Əl-Nassr” ilə müqavilə bağlamasından sonra Səudiyyə Ərəbistanında yaşayır.

Tacxeber.com

 

Oxşar xəbərlər