• 20 Sentyabr 2024 08:14

Bu xəstəliyin dərmanı tapıldı

 

“London Universitet Kolleci Xəstəxanasının alimləri patogen tau zülalının səviyyəsini effektiv şəkildə azaldan Alzheimer terapiyasını uğurla sınaqdan keçiriblər”.

Tacxeber.com xəbər verir ki, bu barədə “Nature Medicine” jurnalında dərc olunan məqalədə yazılıb.

Alzheymer xəstəliyində xəstələrin beyin hüceyrələrində “tau”nun hiperfosforilləşdirilmiş formaları görünür. Onlar neyrofibrilyar dolaşıq adlanan yığınlara toplanır. Dolaşıqların yığılması ağır koqnitiv pozğunluğun inkişafı ilə əlaqəli olduğundan, tau zülalları proqnostik və terapevtik inkişaflar üçün əsas hədəf hesab olunur.

Yeni dərman “BIIB080” tau proteinini kodlayan MAPT genini hədəf alır. Bu molekul oliqonukleotiddir. Yəni tau zülalının amin turşusu ardıcıllığı haqqında məlumatı nüvədən ribosomlara daşıyan aktiv genin məhsulu olan xəbərçi RNT (mRNT) ilə birləşən qısa nükleotid zənciridir.

Nəticədə, BIIB080 mRNT-nin zülal sintezində iştirakının qarşısını alır. Bu yanaşma antisens terapiya adlanır və mRNT-ni bağlayan oliqonukleotid müvafiq olaraq antisens adlanır.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər