Azərbaycan kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Tacxeber.com xəbər verir ki, 37 yaşlı idmançı Türkiyədə “Akın Fight Arena”da rinqə çıxıb.
ABŞ-li Omar Moreno ilə üz-üzə gələn “Kobra” Pərviz hakimlərin qərarı ilə qalib elan olunub. O, döyüş ərzində iki dəfə rəqibini noqdaun etməyi bacarıb.
Azərbaycanın daha bir kikboksçusu “Akın Fight Arena”da döyüşüb. Mübariz Niftəliyev türkiyəli Recep Doğana məğlub olub.