• 23 Noyabr 2024 08:20

Haymorit və frontitin təbii yolla müalicəsi: Bal, soda, zeytun yağı…

 

 

Yuxarı tənəffüs yollarının problemlərinə respirator virus infeksiyalarının daha çox yayıldığı soyuq aylarda daha çox rast gəlinir. Xalq arasında haymorit adlandırılan sinusitlər, eləcə də frontitlər də bu qəbildəndir. Bu problemlər payız-qış mövsümündə daha çox inkişaf edir. Haymorit  və frontitin müalicəsi bəzən illərlə davam edir, bir sıra hallarda isə cərrahi yolla aradan qaldırılır. Xalq təbabətində də bu xəstəliklrdən çıxış yolları göstərilir və bir çox insanlar xalq təbabəti metodlarından faydalanırlar.

Tacxeber.com həkim-fitoterapevt Fizuli Hüseynovun haymorit və frontitin təbii yolla müalicəsi ilə bağlı reseptini təqdim edir:

1 çay qaşığı bal, 1 çay qaşığı soda, 1 çay qaşığı rafinə olunmamış zeytun və ya günəbaxan yağı.

Bu məhsullar qarışdırılır, sonra qulaq çöpü vasitəsi ilə burun boşluğuna qoyulur və mümkün qədər çox saxlanılır. Hər dəfə uyğun olaraq bir tərəfi üstə uzanmaq lazımdır. Bu zaman güclü aşınma hissi yaranır və burun boşluğu və haymor ciblərindən axıntı və selik gəlməyə başlayır. Belə bir aseptik məhlulla proseduru gündə 2 dəfə etmək, ümumlikdə 8-10  gün davam etdirmək lazımdır.

Həkim bildirib ki, bu, müalicənin effektliyinin dəfələrlə artmadına səbəb olur. Mütəxəssis vurğulayıb ki, haymoritin fəsadlaşması gözün iltihabına, üçlü sinirin nevritinə səbəb ola bilər. Orada toplanan qatı selik hətta ətraf toxumalara da sirayət edir. Ona görə də problemə vaxtında diqqət yetirilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər