• 19 Sentyabr 2024 20:24

Boşanma xəbəri ilə gündəm olan cütlük Bakıda – FOTO

 

Türkiyənin tanınmış aktyoru Kadir Doğulu həyat yoldaşı Neslihan Atagüllə birlikdə Azərbaycana gəlib. 

Tacxeber.com xəbər verir ki, Heydər Əliyev Hava Limanında cütlüyün kameralara əks olunan xoş əhval-ruhiyyəsi diqqətdən qaçmayıb.

Layihə görüşü üçün Azərbaycana gələn cütlüyün aralarında heç bir problem olmadığı görülür.

Xatırladaq ki, bir neçə gün əvvəl Kadirin qadınla səmimi görüntüləri sosial şəbəkədə böyük səs-küyə səbəb olub. Bu vəziyyətin cütlük arasında gərginliyə səbəb ola biləcəyi iddia edilib. Lakin xəyanət iddialarına fikir verməyən Neslihan Kadirin yanında olub.

Tacxeber.com

 

Oxşar xəbərlər