Bəzi qidalar dünyanın ən sağlam tərəvəz və meyvələri olsalar da, mütəxəssislərin fikrincə, bəzən bu qidalar ölümcül təsir göstərə bilir. Bu səbəbdən mütəxəssislər bu qidaların kəsildikdən sonra soyuducuya qoyulmaması barədə xəbərdarlıq ediblər.
Tacxeber.com xəbər verir ki, araşdırmalara görə, bəzi qidalar kəsildikdən sonra soyuducuda saxlandıqda həzm və sinir sistemini zədələyərək ölümcül olacaq qədər təhlükəlidir.
Turp
Turp kəsildikdən sonra heç bir yerdə qalmamalıdır, çünki içindəki şirə qaz sıxılmasına və daha da artmasına səbəb ola bilər.
Soğan
Soğan kəsildikdən sonra turşulaşmağa başlayır və yüksək turşu miqdarı artır. Bu turşulaşma əvvəlcə hiss olunmaya bilər, lakin istehlak edildikdə mədə və həzm sisteminə zərər verə bilər.
Kartof
Bu tərəvəz hava ilə təmasda olduqda bəzi mikroorqanizmlərin inkişafına səbəb ola bilər və güclü zəhərə çevrilə bilər.
Limon
Limon kəsildikdən sonra tərkibindəki turşu hava ilə təmas etdikdən qısa müddət sonra yox olur və maye quruyur.
Bu qidaları istehlak etməzdən əvvəl diqqətli olmalı və kəsildikdən dərhal sonra istehlak etməli və ya düzgün şəkildə saxlamalısınız./azxeber.com