• 22 Noyabr 2024 23:40

Zəlzələni öncədən bilən seysmoloqdan qorxunc proqnoz – Yenə Türkiyə…

Türkiyənin Kahramanmaraş vilayətindəki şiddətli zəlzələni öncədən proqnozlaşdıran avstraliyalı seysmoloq Frank Huqerbits yeni fəlakət proqnozu ilə gündəmə gəlib.

Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, fevralda baş verən zəlzələnin təsirləri davam edərkən, seysmoloq Türkiyə üçün yeni xəbərdarlıq edib.

Huqerbits bu dəfə yaxın günlərə işarə edib. Seysmoloq baş verən son dalğalanmaların Suriya ilə Şərqi və Cənub-Şərqi Anadolu bölgələrini göstərdiyini iddia edib. Onun sözlərinə görə, yanvar, fevral və apreldəki dalğalanmalar da eyni yerləri göstərirdi.

Huqerbits sosial media hesabında həmin ərazilərin xəritələrini də paylaşıb.

Tacxeber.com

Oxşar xəbərlər