Kişi menopozunun əlamətləri nələrdir?


Orta yaşlardakı kişilər üçün cinsi impulsları azalma hormonların enişinə bağlı olaraq görülə bilər. Bəs kişilərdə menopozun əlamətləri nələrdir?
1-Fiziki əlamətlər:
Gücsüzlük
Halsızlıq
İştahsızlıq
Sümük və oynaq ağrıları
Dəridə meydana gələn atrofik dəyişikliklər
Fiziki enerjidə azalma
Bədən və orqanların yağ kütlələrində artım
Cardio-vaskulyar xəstəlik riskində artım
Insulinə müqavimətin artması
Sinələrin yağlanması
Qarın bölgəsində yağ toplanması
Tüklənmə və saqqal çıxmasında azalma
Sümük mineral sıxlığında azalma
Həddindən artıq tərləmə
Oynaq və əzələ şikayətlənmələri
İsti basması
Yuxu ehtiyacında artım
Yuxu pozğunluqları
Osteoporoz
Onurğa və omba sümüklərində qırılma riskində artım
Özünü yaxşı hiss etməmə və s.
Bu fiziki əlamətlərin çoxu testesteron səviyyəsindəki düşmədən irəli gəlir.
2-psixoloji əlamətlər:
Özünə güvən itkisi
Depresif xasiyyət halı
Əsəbilik
Narahatlıq
Həyatdan zövq almama
Tez əsəbiləşmə
Konsentrasiya itkisi
Unutqanlıq
Zehni yorğunluq
Yaddaşda və qavramada azalma və s.
Bu psixoloji əlamətlərin çoxu əslində kişinin, kişi suveren mədəniyyətin özünə öyrətdiyi ‘iqtidar’ını işarələyən ereksiyanın azalmasından irəli gəlir.
3-Cinsi həyatdakı əlamətləri:
Cinsi fəaliyyət sıxlığında azalma
Cinsi istəkdə azalma
Orgazm hissində azalma
Ereksiya problemləri
Gecə ereksiyaları
Səhər ereksiyalarının sıxlığında azalma
Boşalma müddətində azalma
Penis sərtliyində yüngül azalma və s.