• 20 Sentyabr 2024 01:30

“ABŞ-ın sülhə nail olması çətindir, çünki Paşinyan…” – İqbal Ağazadə

“ABŞ-ın sülhə nail olması çətindir, çünki Paşinyan...” - İqbal Ağazadə

 

ABŞ-ın vasitəçiliyi ilə dünən Vaşinqtonda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında başlayan müzakirələr davam edir. 

ABŞ Dövlət katibi Entoni Blinken bildirib ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Ötən ilin yazından etibarən vasitəçilik səylərini gücləndirən ABŞ ciddi-cəhdlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasına çalışır.

Bəs, Vaşinqton buna nail ola biləcəkmi? ABŞ vasitəçilik səylərini gücləndirməsinə Rusiyanın reaksiya necə olacaq?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, indiki şəraitdə sülh müqaviləsinin imzalanması mümkün görünmür:

“ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsinin bağlanmasını çox istərdik. Amma buna nail olmaq bir az çətindir. Çünki Paşinyan hökuməti ehtiyatlı davranır. Rusiya və rusmeyilli qüvvələrdən çəkinir. O, əvvəlcə daxildəki revanşist qüvvələri zərərsizləşdirməli, ictimai rəyi buna hazırlamalıdır. Həm də Rusiya-Ukrayna cəbhəsində Rusiyanın geriləməsini gözləməlidir. Ona görə də indiki şəraitdə sülh müqaviləsinin bağlanacağı ilə bağlı optimist fikir bildirmək mümkün deyil”.

İ.Ağazadə bildirib ki, Rusiya sülh müqaviləsinin ABŞ-ın vasitəçiliyi ilə imzalanmasına qarşıdır:

“Təbii ki, Rusiya sülhün başqa ölkələrin vasitəçilyi ilə olmasını istəməz. O çalışır ki, hər şey onun nəzarəti altında baş versin. Amma Rusiyanın özünün təkcə regionda yox, bütün postsovet ölkələrinə mövqeləri zəifləməyə doğru gedir. Bu məsələdə Rusiyanın istəyi hər şey demək deyil”.

Tacxeber.com

Oxşar xəbərlər