• 23 Noyabr 2024 04:52

Dabanlar niyə çatlayır? – 2 səbəb

 

Çatlamış dabanlar şəkərli diabet və qalxanvari vəzi xəstəliyinin əlamətidir. Eləcə də daban dərisinin çatlaması vitamin çatışmazlığı, həmçinin endokrin xəstəliklərlə bağlı ola bilər.

“Medicina” xəbər verir ki, həkim- terapevt Tatyana Romanenkonun sözlərinə görə, çatlamış dabanlar bir çox hallarda yanlış gigiyena və qulluq ilə əlaqəli deyil, daxili patologiyaların olması ilə izah edilə bilər.

“Dabanlarda çatların meydana gəlməsi qida çatışmazlığının nəticəsidir – xüsusən də B qrup vitaminləri, D, A, E vitaminləri.

Dabanlarda çatlar toxumaların qidalanması, mikrosirkulyasiya pozulduqda, qan damarları tutulduqda da görülə bilər”.

Mütəxəssis əlavə edib ki, ətrafların qan tədarükünü pozan və çatların yaranmasına səbəb olan xəstəliklər çox vaxt ateroskleroz və şəkərli diabetdir.

Beləliklə, ayaqlarda problemlər olduqda, müayinə lazımdır. Məsələn, ayaqlarda ağrı və qıcolma, saç və dırnaqların uzanmaması, cızıqlar və yaralar, ağrı və s.

Bundan əlavə, dabanların çatlaması tiroid vəzinin xəstəliklərinin əlamətidir. Quru dərinin və çatlamış dabanların başqa bir çox yayılmış səbəbi hipotiroidizm adlanan qeyri-aktiv tiroiddir. Yəni hormonal və yod çatışmazlığı var.

Tacxeber.com

Oxşar xəbərlər