• 20 Sentyabr 2024 01:31

“Beşiktaş”dan Azərbaycan klubuna cavab – “Salam, can qardaş”

 

Türkiyənin “Beşiktaş” klubu “Sabah”ın onları xeyriyyə matçı üçün Bakıya dəvət etməsi ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımına cavab verib.

Tacxeber.com xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesabları vasitəsilə etdiyi paylaşımda “Sabah”ın dəvətini qəbul etdikləri bildirilib.

“Beşiktaş” “Sabah”ın türkcə paylaşımına Azərbaycan dilində cavab verib:

“Salam, can qardaş,
Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.

Xatırladaq ki, Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım məqsədilə “Sabah”la “Beşiktaş”ın Bakıda xeyriyyə matçı keçirməsi nəzərdə tutulub. Görüşün mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılması planlaşdırılıb.

 

Oxşar xəbərlər