• 23 Noyabr 2024 03:58

Qaraciyər xərçənginin dəridə görünən əlamətləri hansılardır?

Qaraciyər xərcəngi onkoloji xəstəliklər sırasinda 8 – ci yerdədir.

 

Eləcə də, ən ölümcül növüdür.

Tacxeber.com xəbər verir ki, siqaret, içki və piylənmə, həyat tərzi risk faktorlarını artırır.

Həkim – hepatoloq Alla Yujnevanın sözlərinə görə, qaraciyər xərçənginin səbəb olduğu müəyyən dəri dəyişiklikləri sidik və nəcisdəki əlamətlərlə üst-üstə düşə bilər.

“Dəridə qaraciyər xərçənginin iki əlaməti belə görünür:

• Rəngi sarıya çevrilir
• Dəridə qaşınmalar olur

Sarılıq bilirubin adlı maddənin qanda çox yığılması zamanı baş verir. Bilirubin köhnə qırmızı qan hüceyrələrinin parçalanması zamanı yaranır.

Sağlam qaraciyər bilirubinin çox hissəsini orqanizmdın çıxara bilir. Ancaq qaraciyər zədələnirsə, bilirubin qaraciyərdən qana keçərək, sarılığa səbəb olur”.

Həkim bildirir ki, sarılıq olduqda, sidik adi haldan daha tünd, nəcis daha açıq rəngdədir. Sarılığı olan insanların çoxunda dəri qaşınması və ümumi narahatlıq halları baş verir. Sarılıq öd yollarının tıxanması və ya qaraciyərin işləməməsi nəticəsində yaranır.

Qaraciyər xərçənginin digər simptomları bunlardır:

• Çəki itirmək
• Özünü xəstə kimi hiss etmək
• Şişkin qarın

• Az miqdarda yemək yedikdən sonra iştahsızlıq və ya toxluq hissi
• Qarın ağrısı
• Qarnın sağ tərəfində şiş
• Sağ çiyində ağrı

Tacxeber.com

Oxşar xəbərlər