• 20 Sentyabr 2024 02:04

Dilarə Əliyeva “SOY” prodakşnın rəhbəri oldu

 

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY” prodakşnın rəhbərinin kim olacağı müzakirə edilirdi.

OLAY-ın əldə etdiyi məlumata görə, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır.

O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.

Qeyd edək ki, “SOY” prodakşn indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə “Yeni ulduz”, “Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.

Tacxeber.com

Oxşar xəbərlər