• 23 Noyabr 2024 00:32

“Ermənilərə məktəbli uşaqlar kimi dərs keçməliyik” – Deputatdan maraqlı açıqlama

“Ermənilərə məktəbli uşaqlar kimi dərs keçməliyik” - Deputatdan maraqlı açıqlama

 

“Gələcəkdə Laçında quraşdırılan nəzarət-buraxılış məntəqəsində gömrük rüsumları da hökmən tətbiq ediləcək”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

O, Laçında – Həkəri körpüsü üzərində qurulan nəzarət-buraxılış məntəqəsində Ermənistan vətəndaşlarına tətbiq edilməsi planlaşdırıran gömrük rüsumlarından, habelə Qarabağın erməni icmasının Azərbaycana inteqrasiya prosesindən söz açıb.

BQP sədri söyləyib ki, biz hələlik bir az yumşaq metodlarla bu məsələyə yanaşırıq:

“Yəni başlanğıcda müəyyən siyasi və hüquqi insidentə yol verilməməsinə yönəlmiş davranışlar sərgiləyirik. Bizim orada gömrük postunu qurmağımız həm də bir az tərbiyəvi və maarifləndirici xarakter daşıyır. Axı ermənilər indiyə qədər buna alışmamışdılar”.

Millət vəkilin fikrincə, Azərbaycan hakimiyyəti hazırda bölgədə maarifçilik işi aparır:

“Məsələn, ermənilər deyəcək ki, Stepanakertə gedəcəyik, biz isə deyəcəyik ki, artıq Konstitusiyamızla tanış olun, orada Xankəndi yazılıb, sənədlərimizi alın, artıq Xankəndi deməyə alışın və s. Necə ki məktəb uşaqlarına ilkin məsələləri öyrədirlərsə, biz də, əslində, o fəaliyyəti başlamışıq. Lakin get-gedə, növbəti mərhələdə artıq imtahan sualları qoyulacaq. İmtahan suallarına cavab verməyənlər isə yəqin ki, müəyyən proseslərdə kəsilib, cəzalanacaqlar”.

“Çünki birdən-birə separatçı, terrorçu və yolagəlməz qüvvələri imtahana cəlb etmək doğru deyil. Yəni bir az tərbiyəvi maarifləndirmə işi apardıqdan, eləcə də onlara kurs keçdikdən sonra onları imtahana gətirmək lazımdır. Hesab edirəm ki, bölgənin rifahı üçün onlar bu işə qol qoymalıdırlar”, – yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər