• 22 Noyabr 2024 22:33

Lalə Azərtaşın verilişində qayınla gəlin arasında biabırçılıq: “Yatağıma sən girmisən…” – VİDEO

Lalə Azərtaşın verilişində qayınla gəlin arasında biabırçılıq: “Yatağıma sən girmisən...” - VİDEO

Lalə Azərtaşın Xəzər TV-nin efirində yayımlanan “Təsir dairəsi” verilişinin yayımının dayandırılması tələb edilir. Bildirilir ki, verilişdə yaşanan qalmaqallar, işlədilən ifadələr efir etikasına, milli dəyərlərə xələl gətirir. Verilişlərin birində Goranboydan olan Rəvanə adlı xanım ona qaynı tərəfindən intim münasibət təklif edildiyini deyib, onunla efirə canlı bağlanan qaynı Məhəmməd arasında mübahisə yaşanıb. Lalə Azərtaşın danışıqları olduğu kimi efirə buraxması, Rəvanənin tərəfini saxlaması, səsi dayandırmaması ciddi qınaqla qarşılanıb.

Tacxeber.com xəbər verir ki, L.Azərtaş buna görə tənqid hədəfinə çevrilib.

Sosial şəbəkələrdə ictimaiyyət tərəfindən Azərtaşın ünvanına çoxsaylı şərhlər yazılıb:

“Bunların ucbatından camaat televizora baxmır”, “Tele-məkanları fahişəxanaya çeviriblər. Bu biabırçılığı mən də Laləyə yaraşdırmıram. 10-15 ilə yığdığı hörməti yerlə bir etdi”, “Kaş ki, elə sadəcə hazır mətni oxuyub xəbər proqramının aparıcısı olaraq qalaydı”, “Çox səviyyəsiz verilişdir, əsəbdən baxmaq mümkün deyil”, “Buna övladlarımız baxır axı”, “Maarifləndirici yükü olmayan veriliş aparır, “Tükəzbansayağı…””, “Lalə konkret olaraq qızın tərəfində dayanır, biabırçılıqdır”, “Belə verilişlər mənəvi dəyərlərlərimizə hücumdur. Hər şeydə sərhəd olmalıdır, bunlar artıq qırmızı xətti keçiblər”, “Azərtaş gördü ki, belə verilişlərin aparıcıları ayda 30 min pul qazanır, fikirləşdi xəbər oxumaqla qəpik-quruşa niyə işləyim?”, “Mənim də böyük sevgi ilə izlədiyim bir aparıcı idi, bu verlişindən sonra fikrim dəyişdi. Bir çox aparıcılar sevilir, bəyənilir, sonra özünə belə veriliş açır, gözdən düşür. Çox təəssüf…”, “Bu kimi verlişlərin olması səviyyəsizliyin təbliğinə təkandır, başqa heç nə!”, “Hələ axırda deyir ki, bura küçə deyil, elə küçədir, o veriliş də, Xəzər TV də”, “Ayıb olsun, Lalə də Xoşqədəm Hidayətqızı kimi bununla reytinq qazanır…” kimi şərhlərlə Lalə Azərtaş tənqid edilib.

Xatırlatma: Lalə Azərtaş “Təsir dairəsi” verilişində ötən il səsləndirdiyi “Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən” sözləri ilə də ictimaiyyətdə gündəm yaratmış, ciddi tənqidlə qarşılanmışdı.

Oxşar xəbərlər