• 23 Noyabr 2024 04:45

Piknik həvəsi qursağınızda qalmasın – Gənə dişləyərkən nə etməli?

Yay aylarında kefinizə soğan doğrayan gənə dişləməsindən necə qorunmalı? Gənə dişləyərkən hansı əlamətlər özünü göstərir? 

piknik-hevesi-qursaginizda-qalmasin

Yay gəldi, gəzinti mövsümü açıq elan edildi. İnsanlar gəzmək üçün dağlara, çəmənlərə, meşələrə, piknik üçün uyğun olan hər yerə axışmağa başladı.  Bu zaman həşərat sancmasına, dişləməsinə qarşı əvvəlcədən tədbirli olmaqda fayda var. Gənə dişləməsi özü ilə bərabər  KKKA xəstəliyi gətirir.

10 günə bürüzə verən əlamətlər  

Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki,  İnfeksion  Xəstəliklər üzrə  Türkiyəli mütəxəssis Dr. Pınar Turan gənə dişləməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. KKKA xəstəliyi gənə dişlədikdən 10 gün sonra qızdırma, baş ağrısı, bütün bədənə yayılmış ağrı, ürək bulanması, qusma, ishal,  dəridə qanama, diş əti qanaması, mədə bağırsaq qanaxması ilə özünü büruzə verir. Əgər sizdə də bu əlamətlər müşahidə edilərsə mütləq həkimə müraciət etməlisiz.

Gənə dişləməsi əlavə tədbirlər alınmadıqda ölümlə belə nəticələnə bilər.   

Xəstə insanlar və heyvanlar ilə təmasda bəzi tədbirlər görülməlidir, ilk növbədə gənələr çılpaq əllərlə əzilməməlidir. Mütləq bez , əlcək, paket və ya naqqaş ilə çıxarılmalıdır. Heyvanların qanayan hissələrinə əlcəksiz toxunulmamalıdır.

Gənə dişləyən insanlara əlcəksiz və maskasız yaxınlaşılmamalıdır.  Gənə dişlədikdən 10 gün sonra xəstədə sadaladığımız hallar müşahidə edilərsə,  mütləq xəstəxanaya müraciət edilməlidir.  Mütəxəssis gənə dişləməsindən qorunmaq üçün əvvəlcədən ehtiyat tədbirlərinin görülməsini bildirib: “Sahəyə girdiyimiz zaman üzümçülük, bağ və piknik ərazilərində yerə örtük sərib oturulmalıdır.  Mümkün olduqca açıq  rəngdə və qapalı paltarlar geyilməlidir. Heyvanlar mütəmadi olaraq müvafiq dozalarda dərmanlana bilər.

Riskli sahələrdən geri dönərkən, özümüzü və uşaqlarımızın bədən və paltarlarını yoxlamalıyıq. Gənə bədəndən nə qədər tez çıxarılarsa, bir o qədər KKKA xəstəliyinə tutulma ehtimalı azalır.  Mütləq əlcək və ya paketdən istifadə edərək, gənənəni çıxara bilərik. Gənəni çıxara bilmədikdə isə dərhal xəstəxanaya getmək lazımdır.

Gənəni dərhal çıxartdıqda isə  gənəni mütləq paltaryuyucu toza atıb öldürmək lazımdır. Daha sonra isə gənə olan hissə sabunla yuyulmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər