• 23 Noyabr 2024 06:11

Öd kisəsinin polipi qorxuludurmu?

 

 

Əgər öd kisəsində polip aşkarlanmışsa əməliyyat olunmaq műtləqdirmi?

Öd kisəsinin polipi nə deməkdir?

Öd kisəsinin polipleri, öd kisəsinin xoş xassəli törəmələridir.

Öd kisəsində poliplərin aşkarlanma tezliyi nə qədərdir?

Aşkarlanma tezliyi 1-5% dir. Adətən űmumi műayinə və ya ultrasonoqrafiya zamanı təsadűfi olaraq aşkarlanır.

Öd kisəsi polipləri hamısı eynidirmi?

Xeyr, öd kisəsi poliplərinin 5 nővű vardır:

Xolesterol polipləri: Öd kisəsi poliplərinin % 60 nı təşkil edir. Birdən çox ve ortalama 2-10 mm arasında böyüklükdə olurlar. Öd yolu tıxanması ve ya pankreatit xəstəliyinə səbəb ola bilirler.

Adenomiomlar: Öd kisəsi poliplərinin
25 % ni təşkil edir ve 10-20 mm böyüklükdə olurlar.

İltihabi poliplər: Öd kisəsi poliplərinin 10% ni təşkil edir ve 5-10 mm arasında böyüklükdə olurlar.

Öd kisəsi adenomaları: Öd kisəsi poliplərinin 4 % ni təşkil edir.

Öd kisəsi kanserləri( xərcəngi): Öd kisəsi poliplərinin 1% ni təşkil edir.

Öd kisəsi polipləri műayinədə nə ilə səhv salına bilər?

Öd kisəsi polipləri ultrasonografiyada kisə ..palçıgı.., öd kisəsi daşı və öd kisəsi xərçəngi ilə səhv salına bilər.

Öd kisəsi poliplərindən xərçəng əmələ gələ bilərmi?

Bəli, əmələ gələ bilər. Öd kisəsi xərçənginin sıxlığı 5-6% arasında aşkarlanır.
Öd kisəsi poliplərinin műalicəsi necədir?

Öd kisəsi poliplərinin ölçűsű 10 mm dən böyűk olması və eləcə də sayının bir necə ədəd olması cərrahi əməliyyatla műalicəyə göstərişdir. Cərrahi əməliyyat olunmadıqda riski nəzərə alaraq, hər 6 aydan bir USM vasitəsi ilə polipin ölçűsű kontrolda saxlanılmalıdır.

Öd kisəsi əməliyyatı necə olunur?

Öd kisəsinin çıxarılması( xolesistektomiya)-
laparoskopik(qapalı) və açıq űsulla yerinə yetirilir. Bəzən qarın boşlugunda òncədən kecirilmiş hansısa əməliyyatlar və xəstəliklərlə baglı qarşılaşan cərrah, bitişmələr, kəskin iltihabi hallarla baglı 1-5% hallarda laparoskopik əməliyyatı açıq əməliyyata keçirə bilir.

Öd kisəsi polipi əməliyyatında yalnız polip mi çıxarılır?

Xeyr, öd kisəsi polipi əməliyyatında yalnız polipi çıxarmaq kimi texnika mövcud deyildir. Öd kisəsi tam çıxarılır.

Tacxeber.com

Oxşar xəbərlər