• 20 Sentyabr 2024 06:35

“DERMOİD KİSTA” və ya “TÜK DÖNMƏSİ” NƏDİR?

 

Bəzən “dermoid kista”, ” tűk dönməsi”kimi deyilən, əslində isə pilonidal sinus və epitelial bűzdűm yolları kimi tanıdıgımız xəstəlik barədə…

Biz öz yazımızda tűk dönməsi kimi yazacayıq.
Tük dönməsi xəstəliyi.
Pilonidal sinus büzdüm nahiyyəsində,dəri altında toplanmış tük yumaqcıqlarının səbəb olduğu iltihabi xəstəlikdir. Xəstəliyin tipləri,klinik formaları haqqında cərrahiyyədə müəyyən bir konsepsiya yoxdur.Xəstələr adətən 6 səbəbdən həkimə müraciət edirlər:

● I tip ( gizli keçən proses) – anamnezdə büzdüm nahiyyəsində müəyyən şikayətlər qeyd olunur.Hal-hazırda heç bir şikayət yoxdur.Sadəcə 1 və ya bir neçə ədəd iynə başı böyüklüyündə dəliklər qeyd olunur.Həkim nəzarəti lazımdır.

● II tip (oturmaq çətinləşir) – absesli başlanğıc (kəskin pilonidal kista absesi).Əvvəllər heç bir şikayət olmayıb.Son bir neçə gün ərzində büzdüm nahiyyəsində əmələ gəlmiş,adətən anusdan 5-6 sm yuxarıda yerləşən,bir neçə sm-lik nahiyyədə lokalizə olunmuş ağrı,şişkinlik və qızartının olması.Xəstə oturmağa çətinlik çəkir. Antibiotiklər az hallarda effektivdir. Ağrıkəsici preparatlar belə effektiv olmur. Təcili qaydada cərrahi əməliyyat tələb olunur.

● III tip (daima axıntı olur) – uzun zaman davam edən axıntı (xroniki pilonidal sinus).Ən çox rast gəlinən klinik formadır. Keçirilmiş absesli başlanğıcdan sonra və ya heç bir abses,şikayət olmadan başlanır.Az hallarda ağrı və qızartı müşahidə olunur.Xəstə mütəmadi olaraq alt paltarında iltihabi çirk görür.İltihab dəlikləri qalça sümüklərinin arasındakı çuxurda anusdan 5-6 sm yuxarıda yerləşir və iltihabi proses daha da yuxarı yayılır.Bəzən bu dəliklərdə tük də ola bilər.Uzun zaman xəstəlik keçirən xəstədə orta xəttin yan tərəfində də dəliklər müşahidə oluna bilər. Bu xəstəliyin irəlilədiyini bildirir. Planlı şəkildə cərrahi əməliyyat göstərişdir.

● IV tip (axıntı kəsilib,xəstə otura bilmir) – uzun zaman davam edən axıntı dayanıb abses formalaşır ( xroniki pilonidal sinus absesi). Xroniki xəstəlik zamanı axıntı dəliyinin tutulması nəticəsində absesli başlanğıc (II tip) kimi abses formalaşır. Təcili cərrahi əməliyyat tələb olunur.

▪️V tip (əməliyyat olunduqdan sonra yara sağalmır) – iltihab sahəsi geniş,əməliyyat zamanı kəsilib götürülən dəri parçası böyük olsa da,əməliyyatda yamaq üsulundan istifadə olunmadığı zaman toxumalar gərgin olduğu üçün yara sağalmadan tikiş açılır. Bəzən isə əməliyyat zamanı kəsiyin alt ucunun yana doğru çəkilməsi icra olunmadıqda və yara sağalmadıqda təkrar cərrahi əməliyyat göstərişdir.

● VI tip (əməliyyat olunub təkrar iltihabi xəstəliyin keçirilməsi) – əməliyyatdan sonra ən az 3 ay şikayət olmayıb,daha sonra yenidən şikayətlərin başlaması,abses və axıntı müşahidə olunur.

Tük dönməsinin müalicəsi:
Tək müalicə üsulu cərrahi əməliyyatdır!
Tük dönməsi müalicə olunmazsa nə baş verər?
Tük dönməsi özlüyündə daxili orqanlarla əlaqəsi olmayan,sərhədləri olan,dəri və dərialtı toxumanın sadə iltihabi xəstəliyidir. Lakin xəstəliyin lokalizasiyası,oturub-durmaqda çətinliyin olması,anusa yaxın olması və o bölgədə yaranın sağalmasının çətin olması xəstəliyi sadə xəstəliklərdən fərqləndirir.Müalicə olunmazsa,həyatı təhlükəsi yoxdur.Ancaq gigiyena baxımından xəstəlik yaşam keyfiyyətinə mənfi təsir göstərir. Bundan başqa xəstəlik ilərlədikcə ətraf toxumalara yayılaraq daha geniş bir sahəni zədələyə,əməliyyat zamanı daha böyük yaranın yaranmasına gətirib çıxara bilər. Uzun müddət davam edən axıntı sonrasında yenidən abses yaranarsa,təkrar cərrahi əməliyyat tələb oluna bilər.
Əgər xəstədə tük dönməsi xəstəliyi ağrı,şişkinlik və qızartı fonunda abseslə başlayarsa,təcili cərrahi əməliyyat tələb olunur. İltihab nahiyyəsində kəsik aparılaraq abses boşaldılır. Əməliyyat yerli keyləşdirici vasitəsilə lokal anesteziya altında aparılır. Yaraya tikiş qoyulmadan açıq saxlanılır və günaşırı sarğı dəyişilir. Yara 1 həftə ərzində sağalaraq qapanır.
Əgər tikiş qoyularsa,yaranın içində əmələ gələn irin toplanaraq yenidən abses yarada bilər. Abses boşaldılan hər 3 xəstədən birində xəstəlik tam sağalır. Əməliyyat olunmuş hər 3 xəstədən ikisində isə bütün müalicə tədbirlərinə rəğmən proses yenidən başlaya bilər və təkrar əməliyyata ehtiyac ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər