• 23 Noyabr 2024 00:06

Fəzail Ağamalı: “Noldu, Paşinyandan sonra bu dəfə də noldu, Kılıçdaroğlu deyəcəyik”

 

Türkiyə prezidentliyinə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədriKamal Kılıçdaroğlunun seçki öncəsi “Yeni İpək Yolu” adlı layihəsi ilə bağlı təqdim etdiyi xəritə böyük səs-küyə səbəb olub. Belə ki, Azərbaycan bu xəritədə qeyd edilməyib və “Türk Yolu” xəritəsindən çıxarılıb. Tacxeber.com xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Fəzail Ağamalı Azxeber.com-a danışıb.

“Kılıçdaroğlunun bu açıqlaması ilə tanış olduqdan sonra onun Azərbaycana xoş olmayan münasibəti bütün çılpaqlığı ilə ortaya qoyuldu. Bütün dünya Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirən “Bir kəmər, Bir yol” layihəsinin Zəngəzurdan keçərək, Türkiyə vasitəsi ilə Avropaya gedişinə yüksək dəyər verir. Çindən Avropa ölkələrinə qədər belə bir marşrutu yüksək qiymətləndirirlər. Böyük dəyər verdiyimiz Rəcəb Tayyib Ərdoğan da bu layihəni yüksək dəyərləndirərək, özünün müsbət fikrini hər zaman ifadə edib. Kılıçdaroğlu isə açıqlamasında “Yeni İpək Yolu”nun Türkiyə dövlətlərindən keçərək, İran vasitəsi ilə Avropaya çıxacağını deyib. Bu anormal və baş tutması mümkün olmayan açıqlamadır. Bu həm də Kılıçdaroğlunun Azərbaycana mənfi münasibətinin açıq ifadəsidir”.

Fəzail Ağamalının sözlərinə görə Azərbaycan xalqının, xüsusi olaraq Cənab Prezidentin Rəcəb Tayyib Ərdoğana sevgi və rəğbəti Kılıçdaroğlunda qısqanclıq yaradıb:

“Azərbaycandan yan keçərək, belə fikir səsləndirməsi ermənilərin maraqlarına xidmət etdiyini ortalığa qoyur. Çıxarılan nəticə bundan ibarətdir ki, o ermənilərin yanındadır. Belə bir insanın prezident seçilməsi Türkiyə üçün, region üçün böyük fəlakət olardı. Ancaq mən əminəm ki, Türkiyə xalqı müdrikliyini göstərəcək. Bu cür sərsəm fikirlərin müəllifi olan Kılıçdaroğlu qutuda qalacaq. Rəcəb Tayyib Ərdoğanın qələbəsindən sonra Cənab Prezidentin Paşinyanla bağlı populyar olan “Noldu, Paşinyan? Cəbrayıla yol çəkirdin” fikrini, “Noldu, Kılıçdaroğlu? Azərbaycandan yan keçən İrandan yeni yol çəkirdin” kimi deyəcəyik. Ona görə çəkə bilmədin ki, türk xalqı sənin üzərindən xətt çəkdi. Türk dünyasına xəyanət mahiyyəti daşıyan layihənin reallaşmasına imkan vermədi”.

Tacxeber.com

Oxşar xəbərlər