Qalxanabənzər vəzin və ya tiroid vəzin yaxşı işləməsi üçün meyvə və tərəvəzdən çox istifadə edilməli, zülalla zəngin qidalar qəbul edilməlidir.
Orqanizmin zəruri miqdarda zülal qəbul etməsi qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir. Xüsusilə həftədə iki dəfə yağlı balıqla qidalanmaqla zəruri miqdarda Omeqa-3 yağ turşuları qəbul edilməlidir.
Meyvə və tərəvəz ilə zəruri miqdarda A, C və E vitamini kimi antioksidan vitaminləri qəbul edənlərdə qalxanabənzər vəzin xərçənginə daha az rast gəlindiyi üçün çoxlu meyvə və tərəvəz yeyilməlidir.
Qalxanvari vəzimiz üçün əhəmiyyətli qidalardan biri müxtəlif meyvə və tərəvəzlərə rəng verən “flavonoid” adlı kimyəvi maddələrdir. Bunlar bizi xərçəng və ürək xəstəliklərindən qoruyur. Bu maddələr normal meyvə və tərəvəz ilə qəbul edildikdə, qalxanabənzər vəziyə heç bir zərər vermir, lakin dəstəkləyici preparatlarla (qenistein, kversetin kimi) həddindən artıq qəbul edildikdə, yodun qalxanabənzər vəz tərəfindən udulmasının qarşısını alaraq zobun yaranmasına səbəb ola bilər. Bitki tərkibli (herbal) dərmanlardan istifadə edərkən, onların tərkibində qenistein və kversetinin olmamasına diqqət yetirin.
Hindqozu, balıq və kətan toxumu qalxanabənzər vəzin yaxşı işləməsini təmin edir.
Onlardan daha az istifadə edilməlidir.
Suların tərkibində xlor və flüorun həddindən artıq olması qalxanabənzər vəzinə zərər verdiyi üçün suda bu mineralların çox olmamasına diqqət yetirilməlidir.
Qalxanvari vəzi tərəfindən sintez edilən T4 hormonun T3 hormonuna çevrilməsində faydalı olan selen, sink, E vitamini və B6 vitamini tərkibli qidaların zəruri miqdarda qəbulu qalxanabənzər vəzin sağlamlığı üçün əhəmiyyətlidir.
Qalxanabənzər vəzi xəstəliklərindən qorunmaq üçün yodlu duz yeyilməli və selenlə zəngin qidalar qəbul edilməlidir.