14 may Türkiyə üçün tarixi əhəmiyyətə malikdir. Çünki həmin tarixdə qardaş ölkədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.
Prezidentlik uğrunda “Cümhur İttifaqı”nın namizədi, indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu, “ATA İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır.
Əsas mübarizənin isə Ərdoğan və Kılıçdaroğlu arasında getdiyi aydındır.
Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev qardaş ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı proqnoz verib.
O, Yenisabah.az-a açıqlamasında Türkiyədə prezident seçkilərini Ərdoğanın qazanacağını qeyd edib:
“Hələ 2019-cu il aprelin 4-ü saat 17:01-də Zelenskinin Ukraynanın prezidenti olacağını öncədən görmüşdüm.
Bu gün isə Rəcəb Tayyib Ərdoğanın, yoxsa Kemal Kılıçdaroğluna dair çox suallar verilir. Lakin Ərdoğan yenidən Türkiyənin prezidenti olacaq, qələbəni o qazanacaq.
Hərgah, Qərb Kılıçdaroğluna kömək etmək üçün çox çalışır, bu Qərbin ən böyük məqsədidir”.
Qeyd edək ki, mayın 14-ü namizədlərdən heç biri 50 faiz səs qazana bilməsə, prezident seçkilərinin ikinci turu mayın 28-də keçirilməlidir.