• 22 Noyabr 2024 19:41

Ermənistan yeni itkilər verəcək, reallığa məhəl qoymuruq – Liparityan 

 

“Ermənistan cəmiyyəti reallığa məhəl qoymamaq və inanmaq istədiyinə inanmaq qabiliyyətini təkmilləşdirib. Rəsmi İrəvan indi Azərbaycanla sülh müqaviləsi imzalamasa, o zaman yeni müharibə baş verəcək və Ermənistan yeni itkilər verəcək”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqların iştirakçısı olmuş Jirayr Liparityan deyib.

“Biz düşməni kiçik hesab edirdik, azərbaycanlıların vətənpərvər olmadığına inanırdıq. Düşünürdük ki, onları Qarabağ maraqlandırmır. Biz müharibə olacağı təqdirdə mütləq qalib gələcəyimizə inanırdıq, amma özümüzü aldatdıq.

Ermənistan inanmaq istəyirdi ki, Fransa bizə kömək edəcək, ABŞ bizim dostumuzdur, Rusiya bizim müttəfiqimizdir”, – o bildirib.

J.Liparityan qeyd edib ki, heç kim Qarabağın müstəqilliyini tanıdığını bəyan etməyib: “30 il çalışdıq, amma alınmadı”.

Tacxeber.com

Oxşar xəbərlər